» » Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək

Bölmə: Xəbər, Sosial
Nazir İsmayıllıda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 5 may 2017-ci il tarixində saat 12:00-da İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (telefon, internet, televiziya və radio yayımı), poçt xidmətləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

Xalqinfo.az xəbər verir ki, urumun mətbuat xidmətindən verilən xəbərə görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
İsmayllı rayonunda 020 2854444
Şamaxı rayonunda 020 2651466
Qobustan rayonunda 020 2450122
Ağsu rayonunda 020 2264499

nömrəli telefonlara zəng etmələri xahiş olunur.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler