» » Büdcədə 321 milyon manatlıq kəsir

Büdcədə 321 milyon manatlıq kəsir

Bölmə: Xəbər, İqtisadiyyat
Büdcədə 321 milyon manatlıq kəsir
2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 mlrd. 591,5 mln. manat, xərcləri 3 mlrd. 912,7 mln. manat olub.

Xalqinfo.az xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcənin icrasında 321,2 mln. manat məbləğində kəsir (defisit) yaranıb.

2017-ci ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3 mlrd. 473 mln. manat proqnoza qarşı 3 mlrd. 591,5 mln. manat və yaxud 3,4% çox olub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 1 mlrd. 525 mln. manat vəsait transfert edilib. Ötən rüb dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 95,5% və yaxud 3 mlrd. 912,7 mln. manat icra olunub.

Rüb ərzində icmal büdcənin gəlirləri 5 mlrd. 649,6 mln. manat, icmal büdcənin xərcləri isə 6 mlrd. 752,7 mln. manat icra olunub.

İcmal büdcənin kəsiri 1 mlrd. 103,1 mln. manat təşkil edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler