» » Millət vəkili medalla təltif olundu

Millət vəkili medalla təltif olundu

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Millət vəkili medalla təltif olundu
Respublika Veteranlar Təşkilatı millət vəkili Qənirə Paşayevanı fəaliyyətinə, beynəlxalq arenalardakı çıxışlarında ölkəmizin təbliğinə, Qarabağ həqiqətlərinin daha da geniş yayılması, gənclər arasında vətənpərvərlik duyğularının daha da artması istiqamətində gördüyü işlərə və həyata keçirdiyi layihələrə görə medalla təltif edib.


Xalqinfo.az xəbər verir ki, millət vəkili Azərbaycanın keçdiyi yoldan, əldə etdiyi uğurlardan və onun daha da inkişafı üçün hər bir vətəndaşımızın üzərinə düşən vəzifələrdən söz açıb.

“Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm. Hər bir Azərbaycan insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, işğal altındakı torpaqlarımızın azadlığı üçün çalışmalıdır. Bilirəm ki, buradakı hər bir insanın arzusunu indi dilə gətirəcəm. İnşallah, gələn bu cür tədbirlərimizi Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə də keçirə bilək”.

Millət vəkili Respublika Veteranlar Təşkilatına onu bu medala layiq gördükləri üçün təşəkkür edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler