» » Mingəçevirdə 9 yaşlı qızı maşın vurub

Mingəçevirdə 9 yaşlı qızı maşın vurub

Bölmə: Xəbər, Kriminal
Mingəçevirdə 9 yaşlı qızı maşın vurub
Günorta saatlarında Mingəçevir şəhərində azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Xalqinfo" "Report"a istinadən xəbər verir ki, şəhərin Samux küçəsində yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Zəhra Novruz qızı "Jiquli" markalı avtomobil tərəfindən vurulub.

Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Şöbə müdiri Eldar Kərimovun məlumatına görə, vurulan azyaşlıya açıq kəllə-beyin travması, baş-beyin silkələnməsi, sümüyün sınığı, sol göz nahiyəsinin hipetoması diaqnozu ilə çevik tibbi müdaxilə olunub. Hazırda xəstənin vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir.
Mingəçevir şəhər polis şöbəsindən əldə olunan ilkin məlumata görə, hadisə ilə bağlı təhqiqat aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler