» » Cocuq Mərcanlıda 6 hərbi sursat, 2 minaatan mərmisi və raket tapıldı

Cocuq Mərcanlıda 6 hərbi sursat, 2 minaatan mərmisi və raket tapıldı

Bölmə: Xəbər, GÜNDƏM
Cocuq Mərcanlıda 6 hərbi sursat, 2 minaatan mərmisi və raket tapıldı
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cocuq Mərcanlı kəndində bu gün ərzində 18 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib.

Xalqinfo.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, baxış zamanı 1 013 ədəd qəlpə, 1 ədəd partlamış "Qrad" raketinin mühərrik hissəsi aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Nəticə etibarilə 85 700 kvadratmetr ərazi (29 450 kvadratmetr əl ilə, 10 700 kvadratmetr mexaniki üsulla, 35 000 kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kvadratmetr ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ümumilikdə 19 gün ərzində Cocuq Mərcanlı kəndində 47 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 327 059 kvadratmetr ərazi (107 709 kvadratmetr ərazi əl ilə, 95 800 kvadratmetr ərazi mexaniki üsulla, 113 000 kvadratmetr ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kvadratmetr ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler