» » Sabah güclü külək olacaq -

Sabah güclü külək olacaq - Xəbərdarlıq

Bölmə: Xəbər, Sosial
Sabah güclü külək olacaq -
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya daxil olan xəbərə görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteorolji proqnoza görə isə aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 22-də güclü xəzri küləyinin aprelin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Xəbərdarlıq

Ölkə ərazisində aprelin 22-dən 25-dək hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir. Aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler