» » Azərbaycanlı və erməni deputatlar görüşə bilər

Azərbaycanlı və erməni deputatlar görüşə bilər

Bölmə: Xəbər, GÜNDƏM
Azərbaycanlı və erməni deputatlar görüşə bilər
Azərbaycan ATƏT Parlament Assambleyası (PA) ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir.

Xalqinfo.az-ın məlumatına görə, bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

O bildirib ki, bu məqsədlə Milli Məclisin sədri Oqtay Əsədov ATƏT PA-nın sədri Kristine Muttoneni Azərbaycana dəvət edib:

"Ümid edirik ki, bu səfər yaxın vaxtlarda gerçəkləşəcək. Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın növbəti görüşü olacaq, orada mən bu dəvəti bir daha xatırladacağam".

Azay Quliyev onu da bildirib ki, ATƏT-in Minsk qrupu ölkələrinin ATƏT PA-da təmsil olunan parlamentarilərinin görüşü keçirilə bilər.

O deyib ki, Azərbaycan və Ermənistan parlamentarilərin də görüşünə dair ümumi təşəbbüslər var, amma hələlik konkret qərar yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler