» » İslamiadanın su səyahətinin Şirvan mərhələsi başlayıb

İslamiadanın su səyahətinin Şirvan mərhələsi başlayıb

Bölmə: Xəbər, Mədəniyyət, GÜNDƏM
İslamiadanın su səyahətinin Şirvan mərhələsi başlayıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şirvan mərhələsi başlayıb.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, Şirvana səyahət Kür çayının Şirvandan keçən ərazisində, İsmət Qayıbov adına parkdan start götürüb.

Sərbəst güləş üzrə Azərbaycanın əməkdar məşqçisi İsmayıl Həşimov, taekvando üzrə respublika mükafatçısı Arif Şükürovun müşayiəti ilə Şirvan şəhəri 10 saylı orta məktəbin şagirdi Səma Əliyeva Kür çayından su götürüblər. Sonra səyahət iştirakçıları Şirvan şəhərinə yola düşüblər.

Mərasim bu gün 20:00-da Şirvan şəhərindəki Heydər Əliyev meydanında konsertlə davam edəcək.

Qeyd edək ki, Xəzərdən başlayan səyahət marşrutu Azərbaycanın 15 şəhər və rayonundan keçəcək və yürüş mayın 12-də Bakı Olimpiya stadionunda başa çatacaq.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler