» » Yeni terror təşkilatı yarandı

Yeni terror təşkilatı yarandı

Bölmə: Xəbər
xalqinfo.az xəbər verir ki, bu barədə Amerika mənbələri məlumat yayıb. “New York Times” Amerika xüsusi xidmət orqanlarından əldə edilən məlumatlara əsasən xəbər verir ki, “Horasan” adlandırılan təşkilat ötən il Suriyada yaradılıb. Onun yaradıcısı 33 yaşlı Möhsün Əl-Fədlidir. Əl-Fədli “Əl-Qaidə”nin öldürülən lideri Üsame Bin Ladenin ən etibarlı adamlarından biri olub.

Təşkilat Amerikanın xarici ölkələrdəki nümayəndəliklərinə hücumlar planlaşdırır. Amerika Beynəlxalq Təhlükəsizlik Qurumunun direktoru Ceyms Klapper qəzetə açıqlamasında təşkilatın İŞİD qədər təhlükəli olduğuna diqqət çəkib.

Təşkilat Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiyadakı keçmiş “Əl-Qaidə” üzvlərindən ibarətdir. interpressYeni terror təşkilatı yarandı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler