» » Saakaşviliyə daha bir zərbə-

Saakaşviliyə daha bir zərbə- Video

Bölmə: Xəbər
Saakaşviliyə daha bir zərbə-
Gürcüstanın eks prezidenti Saakaşvilinin və ailə üzvlərinin bütün daşınar və daşınmaz əmlakının müsadirəsinə verilən qərarın ardınca onun ölkəsində olan bütün bank hesablarına da həbs qoyulub. Keçmiş prezident bütün bu hadisələrə “Rustavi 2” telekanalı vasitəsilə çıxışında münasibət bildirib.

ANS TV-nin məlumatına görə, Mixail Saakaşvilinin bank hesablarına həbs qoyulması ilə bağlı onun vəkili Otar Kaxidze “Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb: “Bidzina İvanişvilinin sayəsində Mixail Saakaşvilinin bank hesablarına da həbs qoyuldu. Lakin prokurorluq onun məhz hansı bankla əməkdaşlıq etdiyini araşdırmadan bütün banklardakı hesablarının həbsinə qərar verib”.

Mixail Saakaşvili isə hazırda müxalif mövqeyilə seçilən “Rustavi 2” telekanalı vasitəsilə onun və yaxınlarının əmlakının, həmçinin bank hesablarının müsadirəsilə bağlı münasibət bildirib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sözlərinə görə, indi Gürcüstanda baş verənlər özbaşınalıqdan başqa bir şey deyil: “Mənə bir prezident göstərin ki, mənimki kimi kiçik bir evi olsun. Mənim nənəmi 1937-ci il hadisələrində kommunistlər evindən qovmuşdular, ona görə ki, o, ziyalı ailəsindən idi. Mən düşünürdüm ki, belə hallar artıq keçmişdə qalıb. Lakin başıma gətirilənlər tarixin təkrarlandığını göstərir".

Bir qədər əvvəl Gürcüstanın Baş Prokurorluğu istintaqdan yayınması səbəbilə Saakaşvilinin əmlakına həbs qoyulmasını elan etmişdi. Əmlak həbsi eks prezidentin şəhərkənarı evi, həyat yoldaşının, eləcə də nənəsinin adına olan bir neçə ev və maşınlara qoyulub.

Mixail Saakaşvili 2013-cü ilin noyabrında yeni prezident Georgi Marqelaşvilinin inauqurasiyası zamanı ölkəni tərk edib və o, beynəlxalq axtarışa verilib.

“Nyu-York Times” qəzetinin yazdığına görə, Mixail Saakaşvili hazırda turist vizası ilə yaşadığı ABŞ-da iş vizası ala bilmək üçün sənədlərini hökumətə təqdim edib. İş vizasını əldə etdikdən sonra Saakaşvili yenidən ABŞ-ın qabaqcıl təhsil ocaqlarından olan Tafta Universitetində dərs deməyi planlaşdırır.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler