» » Naməlum sürücü avtomobili piyadaların üstünə sürdü

Naməlum sürücü avtomobili piyadaların üstünə sürdü

Bölmə: Xəbər, Dünya
Naməlum sürücü avtomobili piyadaların üstünə sürdü
Martın 25-də yerli vaxtla saat 22:50 radələrində Londonun şimalında naməlum sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində üç nəfər xəsarət alıb.

"Xalqinfo" AzərTAC-a istinadla xəbər verir ki, London polisi hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıb. Həmin şəxslərin üzərində bıçaq aşkarlanıb.

Polisin açıqlamasında bildirilir ki, xəsarət alan üç nəfər - iki kişi və bir qadın xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır. Polis bu hadisənin yanvarın 22-də Parlamentin binası yaxınlığından törədilən terror aktı ilə əlaqəsinin olub-olmamasını araşdırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler