» » Telman İsmayılovun ardınca oğlu müflis elan edilir

Telman İsmayılovun ardınca oğlu müflis elan edilir

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Telman İsmayılovun ardınca oğlu müflis elan edilir
Moskva arbitraj məhkəməsində azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsi barədə iddia daxil olub.

Xalqinfo.az virtualaz.org-a istinadən bildirir ki,məhkəmə iddianı icraata qəbul edib, məhkəmə baxışı aprelin 24-nə təyin olunub.

Bundan əvvəl VTB-Bank tərəfindən qaldırılmış iddia əsasında T.İsmayılovun özü müflis elan edilib və onun milyardlarla dollarlıq kredit əvəzində banklarda girov qoyulmuş əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılov həmin bankdan 2012-ci ildə 286 milyon dollar kredit götürüb, bunun əvəzində Moskvadakı məşhur "Praqa" restoranını və digər obyektlərini banka girov qoyub. Lakin kreditləri ödəyə bilmədiyi üçün borcu "şişib".

Bu arada TVS kanalında araşdırmaçı-jurnalist Andrey Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş sənədli filminin ikinci seriyası efirə gedib. Həmin film Karaulovun "Həqiqət anı" müəllif proqramının internet saytında da yerləşdirilib. Filmdə VTB-Bank T.İsmayılovu qəsdən müflis elan etməkdə və onun əmlakını "su qiymətinə" dəyərləndirib reyder üsulu ilə əlindən almaqda günahlandırılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler