» » Qaxın dağ kəndlərinə qar yağıb

Qaxın dağ kəndlərinə qar yağıb

Bölmə: Xəbər
Qaxın dağ kəndlərinə qar yağıb
Bugün səhər saatlarından başlayaraq Qax rayonunun bir sıra dağlıq kəndlərinə qar yağmağa başlayıb.

Xalqinfo.az "Report"a istinadən bildirir ki, rayonun İlisu, Sarıbaş və Ağçay kəndlərinin bəzi əraziləri ağ örpəyə bürünüb.
Kənd sakinlərinin "Report"a verdiyi məlumata görə mart ayında qarın yağması müşahidə olunmayıb. Ərazilərdə temperatur aşağı düşüb.
Qeyd edək ki, hazırda qarın yağması davam edir. İlisu və Ağçay kəndlərində qarın qalınlığı 5 santimetr, Sarıbaş kəndinin bəzi ərazilərində isə 6-7 santimetrdir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler