» » 4 min rüşvət verib sürücülük vəsiqəsi aldı

4 min rüşvət verib sürücülük vəsiqəsi aldı

Bölmə: Xəbər, Idman
4 min rüşvət verib sürücülük vəsiqəsi aldı
“Real”ın futbolçusu Fabio Koentrao vətəni Portuqaliyada keçirilən məhkəmə prosesində sürücülük vəsiqəsi almaq üçün 4 min avro rüşvət verdiyini etiraf edib.

Xalqinfo.az yaydığı xəbərə görə, 2012-ci ildə imtahanı keçirən şəxslərdən biri əl jestləri ilə düzgün cavablara işarə vurub. Futbolçu bildirib ki, vaxtı az olduğundan cavabların yalnız yarısını bilirmiş. Buna görə də sürücülük vəsiqəsi almaq üçün rüşvət verib.

Məhkəmə rüşvət verdiyi üçün futbolçunu təqsirli bilib və onu 3 min avro məbləğində cərimələyib. Bu pulu Koentrao xeyriyyə fondlarından birinə keçirməlidir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler