» » Bu qurumlar bayram günlərində işləyəcək

Bu qurumlar bayram günlərində işləyəcək

Bölmə: Xəbər
Bu qurumlar bayram günlərində işləyəcək
Novruz Bayramı ilə əlaqədar qeyri-iş günü olmasına baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinə (KTN) tabe olan bir sıra qurumlar işləyəcək.

Xalqinfo.az xəbər verir ki, bu barədə “Report”a KTN-in mətbuat xidmətindən məlumat verilib.

Qurumun açıqlamasında deyilir ki, bu, keyfiyyət yoxlamasının vaxtında həyata keçirilməsi məqsədi daşıyır: “Bayram günlərində kənd təsərrüfatı məhsullarının (bitki və heyvan mənşəli) idxal və ixrac əməliyyatlarının, həmçinin sənədləşmələrin, keyfiyyətin yoxlanmasının vaxtında həyata keçirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətləri, onların yerli qurumları və laboratoriyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler