» » Metroda da qiymət artır?

Metroda da qiymət artır?

Bölmə: Xəbər
Metroda da qiymət artır?
Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil. Bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ans press-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir.

“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 may” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler