» » Əqli mülkiyyət hüquqları mövzusunda seminar keçirilib

Əqli mülkiyyət hüquqları mövzusunda seminar keçirilib

Bölmə: Xəbər, Sosial
Əqli mülkiyyət hüquqları mövzusunda seminar keçirilib
ABŞ Ticarət Departamenti Kommersiya Haqqında Qanun İnkişaf Proqramı (CLDP), ABŞ səfirliyinin təşkilatçılığı, Müəllif Hüquqları Agentliyi (MHA) və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə “Kiçik və Orta Həcmli Müəssisələr üçün Əqli Mülkiyyət Hüquqları” mövzusunda seminar keçirilib.

MHA-dan APA-ya verilən məlumata görə, MHA sədri K. İmanov Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması sistemi, kreativ iqtisadiyyat haqqında geniş və hərtərəfli təqdimat edib, onun tərəfindən çoxsaylı suallar cavablandırılıb.

Seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndəsi Günel Sevdimalıyeva sənaye mülkiyyəti ilə bağlı, CLDP-nin nümayəndəsi Arezo Yazd, SIL-in nümayəndəsi Darius Graham, Winston & Strawn-ın nümayəndəsi (ABŞ) Pejman Sharifi, Lex Global-ın (Aİ) nümayəndəsi Aynur Bağırzadə müxtəlif mövzularda təqdimatlar ediblər.

Təqdimatlarda əqli mülkiyyət sahəsində qabaqcıl təcrübələr təhlil edilib, müəlliflik hüquqlarının və folklorun, ticarət nişanları və patentlərin qorunma rejimi və istifadəsi ilə bağlı yaranan münasibətlərin tənzimlənməsi məsələləri işıqlandırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler