» » Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi

Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi

Bölmə: Xəbər
Jurnalist Zabil Müqabiloğlu həyatını itirdi
Jurnalist Zabil Müqabiloğlu vəfat edib.

Xalqinfo.az saytı xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə məlumat yayıb. Jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxandada dünyasını dəyişib. Zabil Müqabiloğlu uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Yaxınlarının məlumatına görə, Z.Müqabiloğlu sabah Pirşağı qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet", "Avropa", "Tərcüman" qəzetlərində, "Yeni Müsavat" Media Qrupunda çalışıb.

Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Allah rəhmət eləsin.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler