» » Əsir düşən hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - Video

Əsir düşən hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - Video

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, MANŞET
Əsir düşən hərbçi 24 ildən sonra öz xilaskarı ilə görüşdü - Video
Xocalı qətliamıın 25-ci ildönümü ərəfəsində Bakıdakı 281 nömrəli tam orta məktəbdə faciə qurbanlarına həsr olunmuş anım mərasimi keçirilib.

Xalqinfo.az-ın məlumatına görə, anım mərasimində I qrup Qarabağ əlili 9 ay 14 gün erməni əsirliyində qalmış, ermənilər tərəfindən sinəsinə qızdırılmış dəmirlə xaç şəkli çəkilmiş Mail Məmmədov da iştirak edib. M.Məmmədovun tədbirdə iştirakı təsadüfi olmayıb. Belə ki, o, düz 24 il öncə hazırda bu məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində işləyən Vaqif Əliyev tərəfindən əsirlikdən azad edilib

Vaqif Əliyev vaxtilə Əsir və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri vəzifəsində işləyərkən onun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsir və girovluğundan azad olunub.

V.Əliyevin xilas etdiyi keçmiş əsirlərdən biri də Xocalıda düşmənin əlinə keçən və ermənilərin başını kəsməyə hazırlaşdığı Qarabağ döyüşçüsü Mail Məmmədov olub. Əslən Göyçay rayonundan olan Mail Məmmədov 24 ildən sonra öz xilaskarı ilə görüşüb.



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler