Qəzada ölən daha bir azərbaycanlının kimliyi bilindiBölmə: Xəbər
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub. "Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib. Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır. *** Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan daha birinin adı məlum olub APA-nın əldə etdiyi məlumata görə, bu, Zivər Səfərovadır. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|