» » "Müalicəmi Mübariz Mənsimov yox, Mehriban xanım Əliyeva üstlənib"-

"Müalicəmi Mübariz Mənsimov yox, Mehriban xanım Əliyeva üstlənib"- VİDEO

Bölmə: Xəbər, GÜNDƏM
"Müalicəmi Mübariz Mənsimov yox, Mehriban xanım Əliyeva üstlənib"-
Xalqinfo.az xəbər verir ki, aprel döyüşlərində başından ağır qəlbə yaraları almış Qoşqar Hacıyev "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Qoşqar salam, necəsiniz?

- Çox sağ olun, yaxşıyam. Şükür Allahın böyüklüyünə. Siz necəsiniz?

- Var olasınız, biz də yaxşıyıq. Özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam. Sevinirəm ki, məni axtarırsınız.

- Xəbər yayılıb ki, müalicənizi iş adamı Mübariz Mənsimov etdirəcək.

- O yalan söhbətdir. Mənim xəbərim olmaya-olmaya yazmışdılar ki, Qoşqarın vəziyyəti pisləşib, xəstəxanaya götürüblər.

- Hazırda müalicə olunursunuz?

- Hələ ki evdəyəm. Allah qoysa, martda gedəcəm Türkiyəyə.

- Kim göndərir?

- Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüylə gedirəm. Martın 1-nə biletlərimiz alınıb.

- Maddi durumun necədir?

- Vəziyyətimiz bir az ağırdır.

- Müdafiə Nazirliyindən maraqlanırlarmı?

- Müdafiə Nazirliyi məndən əlini çəkdi, qardaş. Heç bir köməklik etmədilər. Cəmi bir dəfə Türkiyəyə göndəriblər. Nə edirsə, Mehriban xanım edir. Əhd eləmişəm, gələndən sonra əgər görüşdürsələr, onunla görüşəcəyəm (qəhərlənir).

- Qəhərlənməyin, siz çox dəyərli insansınız.

- Nə zaman da gəlsəniz, qapımız üzünüzə açıqdır.


Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler