» » Xalq artistimiz danışa bilmir

Xalq artistimiz danışa bilmir

Bölmə: Xəbər
Xalq artistimiz danışa bilmir

Xalq artisti Ramiz Əzizbəyli danışa bilmir.

Lent.az-a açıqlama verən R.Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, xalq artistinin ev şəraitində müalicəsi mümkünsüzdür:

“Hazırda Ramiz bəyin səhhəti normaldır. Evdədir. Həkimlər evə gəlmirlər, elə xəstəxanaya aparıb-gətiririk. Danışa bilmir. Danışanda da fikrini ifadə edə bilmədiyinə görə əsəbləşir. Ona görə də danışmağa qoymuruq. Evdə bizim nəzarətimizdədir. Xəstəxanaya pul vermirik, yalnız dərmanlara pulumuz çıxır. Xərcləri özümüz ödəyirik. Buna görə kiməsə ağız açmayacağıq”.

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler