» » Dənizdə köməksiz qalan balıqçılar xilas edildi

Dənizdə köməksiz qalan balıqçılar xilas edildi

Bölmə: Xəbər, Sosial
Dənizdə köməksiz qalan balıqçılar xilas edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə 2 nəfər balıqçının qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən Xəzər dənizində köməksiz qalması barədə məlumat daxil olub.

Xalqinfo.az bildirir ki, DSX-nin mətbuat mərkəzindən Publika.az-a verilən məlumata görə, qayığın koordinatları müəyyənləşdirildikdən sonra sərhəd gözətçi gəmiləri vasitəsilə həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticə­sində sahildən 5 mil aralıda dənizdə qalmış balıqçı qayığı aşkarlanıb.

Astara rayon Şahağacı kənd sakinləri Quliyev Zaur Balağa oğlu və Həsənov İlqar Əlihəsən oğlu xilas edilərək qayıqla birlikdə sahilə çıxarılıblar.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler