» » Erkən nikahların, boşanmaların sayı artıb - AÇIQLAMA

Erkən nikahların, boşanmaların sayı artıb - AÇIQLAMA

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Erkən nikahların, boşanmaların sayı artıb - AÇIQLAMA

“Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb”.

Xalqinfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Tahir Rzayev deyib.
T. Rzayev bu hallara qarşı müvafiq orqanların tədbirlər gördüyünü bildirib.

“Mən təklif edirəm ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən regionlarda, xüsusilə erkən nikahların daha çox qeydə alındığı cənub bölgəsində görüşlərin təşkili tədbirlər planına salınsın”.

Komitə sədri Aqiyə Naxçıvanlı vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının artmasından narahat olduğunu bildirib.

O, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq hallarından narahatlıq doğurduğunu söyləyib. A. Naxçıvanlı əlavə edib ki, yaxın vaxtlarda “Ailədaxili münaqişələrin yaranma səbəbləri və bunların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçiriləcək.(modern.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler