» » Yanan gəmi sahilə gətirilir - Sədr də gəmidə baxış keçirtdi+Fotolar

Yanan gəmi sahilə gətirilir - Sədr də gəmidə baxış keçirtdi+Fotolar

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Yanan gəmi sahilə gətirilir - Sədr də gəmidə baxış keçirtdi+Fotolar

Xəzərdə yük gəmisində yanğın baş verib.

XalqinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Xərə Zirə adası yaxınlığında “Akademik Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

***

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" hadisə ilə bağlı məlumat yayıb. "Qafqazinfo"ya daxil olan məlumatda qeyd olunur ki, bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib.

"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.

***

Qurum gəminin vəziyyəti ilə bağlı son yaydığı informasiyada qeyd edir ki, “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təhlükəsiz vəziyyətdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir. Gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır. Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədirlər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Yanan gəmi sahilə gətirilir - Sədr də gəmidə baxış keçirtdi+Fotolar
Yanan gəmi sahilə gətirilir - Sədr də gəmidə baxış keçirtdi+Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler