» » Azərbaycanda dişləri olan uşaq doğulub

Azərbaycanda dişləri olan uşaq doğulub

Bölmə: Xəbər
Azərbaycanda dişləri olan uşaq doğulub

Kürdəmir rayonunda yenicə dünyaya gələn körpənin ağzında böyük dişlər aşkarlanıb.

Gənc ailənin ilk uşağı Əfsanə Mahmudova bir neçə gün əvvəl Kürdəmir Mərkəzi rayon Xəstəxanasının Doğum şöbəsində dünyaya gəlib. Doğulduğu gündən ağzında dişləri olan körpə tibb işçilərini və rayon sakinlərinin marağına səbəb olub.

Uşağın nənəsi Lətifə Mahmudova birinci dəfədir ki, belə hadisə ilə rastlaşdığını deyib. Onun sözlərinə görə, balaca Əfsanə tam sağlam olsa da, doğulan gündən gecə-gündüz ağlayır və çox narahat görünür: “Hamı onun ağlamasını və narahat olmasını dişlərinin vaxtından əvvəl çıxması ilə əlaqələndirir”.

Kürdəmir Mərkəzi rayon Xəstəxanasının pediatrı Xosrov Qasımov APA-ya bildirib ki, bu cür anormal hallara yeni doğulan hər 1500-2000 uşaqda rast gəlmək olar: “Əgər uşaq qidalanan zaman onun dişləri ana üçün narahatlıq yaradırsa, dişləri çıxartmaq lazımdır. Narahatçılıq yoxdursa, dişləri saxlamaq olar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler