Bakıda zavoddan silah-sursat tapıldıBölmə: Xəbər
Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sürsatlar aşkarlanıb və ümumi tullantı kütləsindən xaric edilib. “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng “Təmiz Şəhər” ASC-nın məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilib. Ümumiyyətlə, “Təmiz Şəhər” ASC-yə təhvil verilən məişət tullantıları emal və zərərsizləşdirməyə yönləndirilməzdən əvvəl tullantı kütləsinə baxış keçirilir və tərkibində mümkün ola bilən təhlükəli, radioaktiv, iri həcmli tullantılar, həmçinin Səhmdar Cəmiyyətin istifadə etdiyi avadanlıqlara zərər verə biləcək materiallar tullantılardan ayrılır. Bu baxışlar zamanı həmçinin, hərbi silah və sürsatlar da aşkar edilərək hüquq mühafizə orqanlarına təhvil verilir. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|