» » Ziya Bünyadovun nəvəsi:

Ziya Bünyadovun nəvəsi: `Babam tarixdə silinməz iz qoyub`

Bölmə: Xəbər, Mədəniyyət
Ziya Bünyadovun nəvəsi:

Bu gün Azərbaycanın görkəmli tarixçi-alimi, sabiq millət vəkili, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun doğum günüdür.

Xalqİnfo.az xəbər verir ki, akademikin nəvəsi İsa Bünyadov babası ilə bağlı xatirələrini AzVision.az-la bölüşüb. O, Ziya Bünyadov qətlə yetirilən zaman balaca olduğunu deyib.

“Ailə üzvülərim bu gün səhər babamın qəbrini ziyarətə gedib. Mən işdəyəm. Bir azdan, işdən çıxıb ziyarətə gedəcəyəm. O rəhmətə gedəndə çox balaca olmuşam. Babamla bağlı xatirələrim çox deyil. Nənəm Tahirə xanım babamın necə savadlı, millətini sevən insan olması haqda bizə danışardı. Onun tarixlə bağlı bir çox materialları, kitabları evdəki arxivində qorunub saxlanılır. Hətta babamın adına sayt var və arxiv materiallarını onlayn versiyada oxumaq mümkündür”.

İsa Bünyadov babası ilə qürur duyduğunu söyləyib: “Mən həyatım boyu onun nəvəsi olmaqdan qürur duymuşam. O, həmişə mənim qəlbimdədir. Ziya Bünyadov Azərbaycan tarixində silinməz iz qoyub”.

Qeyd edək ki, Ziya Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində cərimə bölüyünə başçılıq etmiş Bünyadova göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Müharibədən sonra Ziya Bünyadov elmi fəaliyyətlə məşğul olub və tarix sahəsində sanballı əsərləri ortaya qoyub. Akademikliyə və millət vəkillyinədək yüksələn Bünyadov 1997-ci ildə qətlə yetirilib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler