» » Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı -

Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı - foto

Bölmə: Xəbər
Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı -

Türkiyəli müğənni Murad Bozun rol aldığı "Dönerse senindir" filminin Bakıda qala gecəsi baş tutacaq.

"Xalqİnfo" xəbər verir ki, Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, gecədə Murad Bozun da iştirakı gözlənilir:

"Təqdimat yanvarın 5-ə nəzərdə tutulub. Qala gecəsində Murad Boz da olacaq. Digər aktyorların iştirakı hələki dəqiqləşməyib. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz. Qala gecəsi 19:00 da başlayacaq".

Qeyd edək ki, “Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq.

Filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sakdır. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler