» » Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar

Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar

Bölmə: Xəbər, MARAQLI, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar

Bəzi ölkələrdə intim saytlara xüsusi qadağalar tətbiq olunsa da, bu gün ölkəmizdə bu sahədə qanunvericililkdə bəzi boşluqların olduğu müşahidə edilir. Qonşu ölkələrə nəzər salsaq görərik ki, hətta intim saytlara girişlərə də bəzi məhdudiyyətlər belə tətbiq edilib. Azərbaycanda isə açıq şəkildə intim hekayələrin, əxlaqsız qadınların reklamının, görüş təkliflərinin, ünvan və telefon nömrələrinin yer aldığı sayt fəaliyyət göstərir. Hətta saytın reklamları digər saytlarda da yer alıb.

"Xalqİnfo" xəbər verir ki, cebhe.info saytla əlaqə saxlamağa cəhd etsə də, koordinatların verilməməsi bu imkanı məhdudlaşdırıb.

Qadın saytlarının birində yerləşdirilmiş reklamdan keçid edərək daxil olduğumuz saytda isə hər şey var: Qadın alveri, görüşün xidmətinin qiyməti, görüş üçün nəzərdə tutulan evlər, seks xidmətləri, masaj xidmətləri, seks-intim hekayələri və s. Saytda yer alan hekayələrdə isə hər cür cinayətə təşfiqə rast gələ bilərik- evlərə basqın, manyaklıq, təcavüz və s.

Araşdırmalar belə deməyə əsas verir ki, həm sözügedən sayt, həm də onun reklamını aparan digər saytlar bir mərkəzdən idarə olunur və eyni şəbəkəyə bağlıdır.

Xalqİnfo.az Cebhe.info-a istinadən həmin saytdan çəkilmiş fotoları sizə təqdim edir, saytın adını reklam olmaması üçün yazmırıq. Yəqin ki, hüquq- mühafizə orqanlarından və aidiyyatı strukturları mövzunu diqqətdə saxlayacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar
Azərbaycanda bu da oldu: İntim xidmət təklif edən sayt yaradıldı+Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler