» » Xaçmazdakı qəzada ölən və yaralananların kimliyi məlum olub -

Xaçmazdakı qəzada ölən və yaralananların kimliyi məlum olub - Yenilənib

Bölmə: Xəbər
Xaçmazdakı qəzada ölən və yaralananların kimliyi məlum olub -

Xaçmazda ağır yol qəzası baş verib.

Xalqİnfo”nun APA-ya istinadən məlumatına görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.

İlkin məlumata əsasən, “VAZ 2106” və “VAZ 21015” minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb.

Ölənlərdən birinin polis mayoru olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

***

Xaçmazda baş verən yol nəqliyyat qəzasında ölən və xəsarət alanların kimlikləri məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində Xaçmaz rayonu, Müşkür kənd sakini 1964-cü il təvəllüdlü Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həmçinin Masallı rayonu, Ərkivan kəndinin sakinləri 1988-ci il təvəllüdlü Cəfərov Cavid Cəfər oğlu və onun qardaşı, 1982-ci il təvəllüdlü Cəfərov Samir Cəfər oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler