» » “Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm Tamamilə məxfi

Bölmə: Xəbər, GÜNDƏM
“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm

Britaniya məhkəməsi 2012-ci ildə Londonun Sürrey qraflığındakı dəbdəbəli malikanəsinin yaxınlığında qəfildən yıxılıb ölən rusiyalı biznesmen Aleksandr Perepeliçninin işi üzrə adı keçən beynəlxalq killer Valid Luraxmayevlə bağlı kəşfiyyatın əldə etdiyi informasiyaları tam məxfi saxlayacaq.

Xalqİnfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, Britaniya daxili işlər naziri Amber Radd Mİ-5 əks-kəşfiyyat xidmətinin Luraxmayevlə bağlı dosyesinin məhkəmə üzləşdirməsi zamanı açıqlanmasının mümkün olmadığını məhkəmədə sübut edə bilib. Çünki bu informasiyalar Böyük Britaniyanın milli təhlükəsizliyinə zərər vura bilər.

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm
















“The Sunday Times” qəzetinin yazdığına görə ötən həftə ali məhkəmə Amber Raddın vəsadətini təmin edib və Mİ-5 əks-kəşfiyyat xidmətinin Luraxmayevlə, habelə onun Perepeliçniylə istənilən təmaslarına dair məlumatların açıqlanmasına qadağa qoyub. Valid Luraxmayev rusiyalı biznesmeni zəhərləməkdə şübhəli bilinir.

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm
















Perepeliçniy kim idi ...

Aleksandr Perepeliçniy Rusiya məmurlarına qarşı ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyaların tətbiq olunmasına gətirib çıxaran məşhur “Maqnitski işi” üzrə fiqurantlardan biri olub. O, biznesmen Vladlen Stepanovun partnyoru idi və Britaniyanın “Hermitage Capital Menecment” investisiya şirkətinin hüquqşünası, vəkil Sergey Maqnitski həmin Stepanovun yüksək vəzifəli vergi məmurları ilə büdcə vəsaitlərini necə taladığını üzə çıxarmışdı. Bundan sonra Maqnitskini qurama ittihamla cinayət işi qaldırdılar və vəkil həbsxanada məruz qaldığı işgəncələrdən öldü. Onun öldürülməsi böyük beynəlxalq rezonans yaratdı və sonda Rusiyaya qarşı sanksiyalara gətirib çıxardı. ABŞ Konqresi “Maqnitski Aktı” adlı qanun qəbul edib Rusiya məmurlarına qarşı sanksiyalar tətbiq etdi.

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm














Perepeliçniy 2009-cu ildə isə xaricə qaçaraq keçmiş ortağının yüksək vəzifəli məmurlarla korrupsiya əlaqələrinə dair bütün məlumatları, milyardlarla rublluq mənimsəmə faktlarını, məmurlara bağlı offşor şirkətləri, bank hesablarını İsveçrə prokurorluğuna təqdim etdi. Və həmin faktlar əsasında İsveçrə prokurorluğu cinayət işi qaldırdı.

44 yaşlı oliqarxın qəfil ölümü: qaçarkən yıxıldı, ürəyi dayandı

Rusiyadan qaçandan sonra Londonda, Sürrey qraflığının milyonerlər məhəlləsindəki malikanəsində məskunlaşdı, ancaq çox keçmədən müəmmalı ölüm onu haqladı. 2012-ci ildə Perepeliçniy malikanəsinin qarşısında səhər yürüşü zamanı qəfildən yıxılıb öldü. Tanışları deyirdi ki, 44 yaşlı biznesmenin səhhətində heç bir problem yox idi və o, olduqca sağlam biriydi. Elə polis də Perepeliçniyin ölümündə şübhəli heç bir dəlilə rast gəlmədi, onun cəsədi üzərində aparılmış analizlərdə zəhər, yaxud radioaktiv maddə izləri tapılmadı.

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm














Lakin 2015-cü ildə bu müəmmalı ölümü yenidən araşdırmağa başladılar və Perepeliçniyin mədəsində olduqca nadir zəhərin izlərini tapdılar. Zəhərli maddələr üzrə nüfuzlu alim, professor Monik Simmondsun rəhbərliyi altında aparılan təhqiqatlar nəticəsində məlum oldu ki, biznesmen Asiyada bitən olduqca nadir, yüksək zəhərli bitki-“Gelsemium elegans”ın zəhərindən ölüb. Hansı ki, bu zəhər iysizdir, dadsızdır və onun olduqca cüzi dozası belə ürək fəaliyyətinin qəfil iflic olmasına, beləliklə də qəfil ölümə səbəb olur.

Beləliklə, Perepeliçniy Rusiyadan qaçıb Londona sığınan, ancaq ölümdən qaça bilməyən müxaliflərin siyahısını yenilədi. Böyük Britaniya kəşfiyyatı müəyyən etdi ki, biznesmeni rusiyalı killer zəhərləyib. Lakin sifarişi kim verib, bu qaranlıq qalır.

“Validol”-Putinin “müşaviri”

Məlum olmuşdu ki, Rusiya hüquq-mühafizə orqanları ölümündən az əvvəl internet üzərindən qaçqın oliqarxla əlaqə saxlayaraq ona yüksək vəzifəli şəxslərin adı keçən dələduzluq işi ilə bağlı suallar veriblər. Bu, Çeçenistanda anadan olmuş kriminal avtoritet, “Validol” ləqəbli Valid Luraxmayevin də daxil olduğu qruplaşmanın işi idi. Həmin qruplaşmanın üzvləri özlərini Kremlin yüksək vəzifəli əməkdaşları kimi qələmə verərək müxtəlif biznesmenlərdən, vəzifəli şəxslərdən hədə-qorxu yolu ilə milyonlarla dollar toplayıb. Habelə bəzən on milyonlarla dollar alaraq onları yüksə vəzifələrə təyin etdirəcəklərini vəd edib. Luraxmayev isə özünü hətta “Putinin müşaviri” kimi təqdim edirmiş.

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm














Rusiya İstintaq Komitəsi bu qruplaşmaya iri biznesmen-mafioz Timur Arçakov-Axatnelinin başçılıq etdiyini müəyyən edib. İstintaq aşkara çıxarıb ki, qruplaşma aralarında vəzifəli şəxslər də olmaqla çoxsaylı qurbanlardan on milyonlarla dollar qoparıb, sonradan pul aldıqları şəxslərin bir çoxu öldürülüb. Arçakov bir müddət Rusiyadan qaçıb gizlənsə də onu ötən il yaxalamaq mümkün olub. Luraxmayev isə bu iş üzrə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Rusiya hüquq-mühafizə orqanları 2012-ci ildə Luraxmayevin mənzilində axtarış aparanda onun ölüm siyahısını tapıblar. Məlum olub ki, bu siyahıda Perepeliçniyin də adı var. Luraxmayevin evində Perepeliçniyin Londondakı evinin ünvanı, pasport məlumatları və digər məlumatlar olub.

Biznesmenlə “Skype” söhbəti və...

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bu məlumatları tapandan sonra Skype ilə Pereeliçniylə əlaqə yaradıblar. Onun killerin növbəti qurbanı ola biləcəyini deyiblər, nə səbəbdən adının Luraxmayevin siyahısına düşdüyü ilə maraqlanıblar. Biznesmen deyib ki, o, Rusiyadan bir çox iş adamlarına və məmurlarına pullarını xaricə çıxarıb yerləşdirməkdə kömək edib. Və bu işdə Luraxmayevin bandası ilə əlbir olan qohumu da iştirak edirdi. Hansı ki, həmin qohum Perepeliçniyin ona borclu olduğunu deyir və pulu qaytarmaq üçün Luraxmayevə müraciət edib.

“Validol” ləqəbli killer, korrupsioner məmurlar və Londonda qəfil ölüm












Aleksandr Perepeliçni

Həmin söhbətlərdə Perepeliçniy Rusiya hüquq-mühafizə orqanlarına konkret familiyalar və məbləğlər təqdim edib. Tərəflər razılaşıblar ki, bir müddət sonra yenidən əlaqə saxlayıb ətraflı danışsınlar. Lakin bu söhbət baş tutmayıb. Perepeliçniy nəyə görəsə Fransaya uçub və Londona geri qayıdandan dərhal sonra, 2012-ci ilin noybarında ölüb. Ehtimal edilir ki, “Validol” onu məhz Fransada zəhərləyə bilərdi. Çünki killerin evində axtarış zamanı onun Fransaya tez-tez gedib-gəldiyini əks etdirən fotolar tapılıb.

“Validol” Türkiyədə tutuldu, bəs sonra?

Bu, həmin Luraxmayevdir ki, Çeçenistandakı dəhşətli işgəncələr və adam oğurluğu haqda yazan jurnalist, “Novaya qazeta”nın əməkdaşı Anna Politkovskaya güllələnəndə onun da “təsadüfən” qonşu küçədə olduğu üzə çıxmışdı. Habelə Luraxmayev xaricdəki çeçen müxaliflərin və keçmiş səhra komandirlərinin aradan götürülməsini təşkil edənlərdən biridir.

Bu ilin aprelində Türkiyə xüsusi xidmət orqanları onu tanınmış çeçen müxalif fəal, “Kavkaz-Sentr” saytının redaktoru Abdulvahid Edilgeriyevin qətlində şübhəli kimi həbs etdi. Bu, Türkiyənin Rusiya ilə münasibətlərinin gərgin olduğu vaxtlara təsadüf edirdi. Türkiyə hüquq-mühafizə orqanları bildirirdi ki, tanınmış çeçen müxalifləri öldürmək üçün FTX agentləri göndərilib. Bunlardan biri də “Aleksandr Smirnov” ad-soyadı ilə pasport daşıyan Luraxmayev idi. Lakin Luraxmayev indi haradadır, Türkiyədə həbs olunanan sonra onun aqibəti necə oldu, bu haqda heç bir informasiya yoxdur...


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler