» » Cahangir Hacıyevin “Nardaran işi”nə gətirilməsi tələb olundu

Cahangir Hacıyevin “Nardaran işi”nə gətirilməsi tələb olundu

Bölmə: Xəbər
Cahangir Hacıyevin “Nardaran işi”nə gətirilməsi tələb olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqİnfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə “Azərbaycan Beynəlxalq Bankı”nın sabiq rəhbəri Cahangir Hacıyevin şahid qismində dindirilməsi istənilib.

Vəkil Yalçın İmanov vəsatət verərək bildirib ki, təqsirləndirilən Abbas Hüseynov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılarkən sabiq bankir C.Hacıyevlə eyni kamerada olub. Vəkil qeyd edib ki, C.Hacıyev müdafiəçisi olduğu A.Hüseynova verilən işgəncələrin şahidi olub. Bu səbəbdən C.Hacıyev prosesə gələrək bu barədə ifadə verməsini istəyib.

Məhkəmə kollegiyası vəsatəti baxılmamış saxlayaraq müzakirə olunacağını bildirib. Prosesdə fasilə elan olunub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler