» » Cəbhədə gərginlik: erməni əsgəri öldürüldü

Cəbhədə gərginlik: erməni əsgəri öldürüldü

Bölmə: Xəbər
Cəbhədə gərginlik: erməni əsgəri öldürüldü
Bu gün saat 15 radələrində Azərbaycanın Füzuli rayonu ərazisində Ermənistan ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Movses Norayroviç Qasparyan həlak olub.

Ermənistan tərəfi onun döyüş tapşırığını yerinə yetirərkən aldığı güllə yarasından həlak olduğunu bildirir. Amma erməni əsgərin kim tərəfindən öldürülməsi bildirilmir. Bu barədə istintaq aparıldığı deyilir. Bu Movses Norayroviç Qasparyanın xidmət yoldaşları tərəfindən vurulduğunu ehtimal etməyə imkan verir.

Ermənistan tərəfi həm də həlak olmuş əsgərin hansı rayondan orduya çağırıldığını bildirmir. Yəni bununla da Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğal etməsi faktını gizlətməyə çalışır.

ANS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler