» » Bakı-Quba-Rusiya yolunda ölən piyadanın şəxsiyyəti müəyyənləşib, qaçan sürücü saxlanılıb -

Bakı-Quba-Rusiya yolunda ölən piyadanın şəxsiyyəti müəyyənləşib, qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Bölmə: Xəbər
Bakı-Quba-Rusiya yolunda ölən piyadanın şəxsiyyəti müəyyənləşib, qaçan sürücü saxlanılıb -

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə qadın meyiti aşkar edilib.

Xalqİnfo” Report-a istinadən xəbər verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis Şöbəsinin əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti hələlik bilinməyən qadının üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran polisi ölən şəxsin kimliyini və kim tərəfindən vurulduğunu araşdırır.


***

saat 16:28

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Xalqİnfo.az bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində 40-45 yaşlı kişini maşın vurub. Hələlik ölən şəxsin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Hadisəni törədən sürücü də hadisə yerindən qaçıb. İlkin ehtimala görə, piyadanı yük maşını vurub.

Daha bir hadisə isə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını Siyəzən rayon sakini orta yaşlı kişini vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler