» » Texniki baxışın vaxtı çatdı

Texniki baxışın vaxtı çatdı

Bölmə: Xəbər
Texniki baxışın vaxtı çatdı

Azərbaycanda noyabrın 1-dən etibarən bəzi avtomobillərin texniki baxış müddəti başa çatıb.

Xalqİnfo” Report-a istinadən xəbər verir ki, bu haqda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar: "Nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur. Qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar - 30 aprel aralığında "VAZ", "QAZ", "Moskviç" və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir.

Bölmə rəisinin sözlərinə görə, bu il 2007, 2009 və 2011-ci ildə istehsal olunan nəqliyyat vasitələri texniki baxışdan keçməlidir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler