» » Məşhurların övladları- Ənvər Seyidovun hüquqşünas oğlu

Məşhurların övladları- Ənvər Seyidovun hüquqşünas oğlu

Bölmə: Xəbər, MARAQLI, GÜNDƏM
Məşhurların övladları- Ənvər Seyidovun hüquqşünas oğlu
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Xalqinfo.az bildirir ki, Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, elm,idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Ənvər Seyidovun oğlu Fərrux Seyidov da atası kimi hüquqşünasdır. 18 aprel 1982-ci il təvəllüdlü Fərrux Seyidov 1998-ci ildə Bakının Yasamal rayonundakı 176 saylı orta məktəbi bitirib. Daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004-cü illərdə BDU-nun Hüquq fakültəsinin magistraturasında oxuyub. 2004-2007-ci illərdə həmin fakültənin aspiranturasının əyani şöbəsində təhsilimi davam etdirərək, 2008-ci ildə «Dövlət və hüquq Nəzəriyyəsi və tarixi; siyasi və hüquqi təlimlər» ixtisası üzrə «Qanunvericilik texnikası və Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Əmək fəaliyyətinə 1998-də başlayan Fərrux Seyidov 2000-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasında inspektor vəzifəsində işləyib. Daha sonra iş yerini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə dəyişib.

2003-cü ildən hal-hazıradək Konstitusiya Məhkəməsində çalışır. O, hazırda Konstitusiya Məhkəməsi Aparatında Məhkəmə iclaslarının təşkili sektorunun müdiri vəızifəsini tutur.

Fərrux Seyidov bununla yanaşı, həm də, Bakı Dövlət Universitetində dərs deyir. Belə ki, o, 2006-cı ildən BDU-nun Hüquq fakültəsində Dövlət və Hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimdir.

Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olan F.Seyidov dövlət qulluğunun baş müşaviri kimi həm də "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmaq şansına nail olub.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler