» » Ziya Bünyadov prospektində vəziyyət necədir? -

Ziya Bünyadov prospektində vəziyyət necədir? - Yenilənib

Bölmə: Xəbər, Sosial, GÜNDƏM
Ziya Bünyadov prospektində vəziyyət necədir? -
Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.

"Xalqİnfo" APA-ya istinadən xəbər verir ki, buna aramsız yağan yağışlar səbəb olub. Belə ki, yağışlar nəticəsində Ziya Bünyadov prospektində tunellər su ilə dolub. Bu səbəbdən də prospektin böyük bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Z. Bünyadov prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulması xəbərini təsdiqləyiblər. Bildirilib ki, hava şəraiti ilə əlaqədar Z. Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Agentlikdən həmçinin bildirilib ki, həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

***

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yağışlı hava şəraiti ilə bağlı olaraq Ziya Bünyadov prospektində avtomobillərin hərəkətində ləngimə müşahidə olunur:

"Hazırda sözügedən yolda hərəkət intensivliyi çox aşağıdır. Amma yol açıqdır, həmin istiqamətdə hərəkət davam edir".

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler