» » “Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama” - 10 yaşlı Sami Lənkəranski

“Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama” - 10 yaşlı Sami Lənkəranski

Bölmə: Xəbər, MARAQLI
“Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama” - 10 yaşlı Sami Lənkəranski
Azərbaycanda 10 yaşlı Sami məşhur kriminal avtoritet Rövşən Lənkəranskinin intiqamını alacağına and içib.

Xalqİnfo.az Aktual.az-a istinadən xəbər verir ki, Rövşən Lənkəranskinin öldürülməsindən təsirlənən balaca Sami özünə Lənkəranski təxəllüsü götürüb.

Sami Lənkəranski 10 yaşı olmasına baxmayaraq, Rövşənin qəbrini ziyarət edib, məzarı üstə gül qoyub.

Rövşən Lənkəranskinin ölümündən təsirlənən balaca onun qəbrinin üstündə qisas alacağına and içərək, məşhur avtoritetin ölümündə adı keçən Şakro Molodoya da mesaj göndərməyi unutmayıb.

“Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama”, – şahidlərin sözlərinə görə, 10 yaşlı uşaq qəbrin üstündə bu sözləri də deyib.

Balaca Samini tanıyanlar onun bu məsələyə uşaq təxəyyülü ilə yanaşdığını deyirlər. Sadəcə, Rövşən Lənkəranskinin sağlığında hər kəsə kömək etdiyini, ədalətli, düzgün və nüfuzlu olduğunu öyrənən Samiyə məşhur avtoritetin ölümü olduqca pis təsir edib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

“Şakro Molodoy, çalış mən böyüyənə qədər yaşama” - 10 yaşlı Sami Lənkəranski

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler