» » Cənub rayonlarını su basıb —

Cənub rayonlarını su basıb — Şimalda sel təhlükəsi

Bölmə: Xəbər, Sosial, GÜNDƏM
Cənub rayonlarını su basıb —
Lənkəran-Astara bölgəsinin bir çox yaşayış məntəqələrində subasma təhlükəsi davam edir.

Xalqİnfo.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, Lənkəran-Astara bölgəsində daha çox Lənkəranın, qismən də Masallı və Astara rayonlarının düzənlik hissəsində subasmalar yaranıb: “Subasmaları daha çox kiçik çaylardan gələn sular yaradıb. Həmin çayların dərələri dolduğundan və təmizlənmədiyindən sular öz məcralarından kənara çıxıblar. Nəticədə həm Lənkəran şəhərinin özündə subasma yaranıb, həm də Lənkəran, Astara rayonlarının bir çox kəndlərini su basıb”.

Həmin zonada subasmanın dünəndən müşahidə edildiyini deyən E.Əlizadə təhlükənin qalmaqda davam etdiyini də söyləyib.

E.Əlizadə bildirib ki, hazırda Quba-Qusarın düzənlik ərazilərində də subasma başlayıb. Bu zonada həmin problem hazırda qismən müşahidə edilir: “Quba-Qusar bölgəsində bu təhlükə hələ kiçik mqiyaslıdır, amma Lənkəranda artıq kəndlərin bir neçəsi suyun altındadır. Subasma Lənkəran-Astara zonasının bir neçə kəndində baş verib”.

İnstitutun direktor müavinin sözlərinə görə, yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyinin proqnozlaşdırılması ilə əlaqədar subasma təhlükəsi həm Lənkəran-Astara zonasında, həm də Quba-Xaçmazın dağətəyi və düzənlik kəndlərində gözlənilir.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler