» » Roma Olimpiada-2024 üçün namizədliyini geri götürdu

Roma Olimpiada-2024 üçün namizədliyini geri götürdu

Bölmə: Xəbər, Dünya, Idman, MANŞET
Roma Olimpiada-2024 üçün namizədliyini geri götürdu
İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Xalqİnfo.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb.

O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”.

Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib.

Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək.

Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler