» » Qəzada yaralananların çoxu məktəblidir -

Qəzada yaralananların çoxu məktəblidir - Siyahı + Fotolar

Bölmə: Xəbər, MANŞET
Qəzada yaralananların çoxu məktəblidir -
Sabirabadda yük avtomobili avtobusla toqquşub.

"Xalqİnfo" APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, bir azyaşlı ölüb. Ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayonunda yük avtomobilinin avtobusla toqquşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən azyaşlının 2005-ci il təvəllüdlü Həsənov Vüsal Elman oğlu olduğu bildirilir.

Xəsarət alanlar 2005-ci il təvəllüdlü Həsənov Rəşad Elman oğlu, 2000-ci il təvəllüdlü Həziyeva Şəmsiyyə Qənimət qızı, 2007-ci il təvəllüdlü Ağayev Ağamirzə Mehman oğlu, 2004-cü il təvəllüdlü Əliyev Vüsal Murad oğlu, 1980-ci il təvəllüdlü Şirməmmədova Aybəniz Bəxtiyar qızı, 1999-cu il təvəllüdlü Həziyev İlham Rəhman oğlu, 2002-ci il təvəllüdlü Mirzəyev Rəhman Əziz oğlu, 1964-cü il təvəllüdlü Balakişiyev Vahid Bəxtiyar oğlu, 2005-ci il təvəllüdlü Mehdiyev Rüfət Samir oğludur.

Onlardan üç nəfərə ambulator yardım göstərilib, əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə magistralında, Sabirabad rayonunun Bulaqlı kəndi ərazisində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sabirabad rayon təhsil şöbəsi hadisə ilə bağlı “Qafqazinfo”ya açıqlama verib.

Təhsil Şöbəsindən bildirilib ki, marşrut avtobusu dayanacaqda sərnişin mindirən zaman qəza baş verib. Belə ki bu zaman arxadan gələn yük avtomobili marşruta çırpılıb. Həmin marşrutun içərisində təkcə şagirdlər olmayıb. Orada həm Sosial İqtisad Kollecinin tələbələri, həm də şəhər sakinləri olub. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər şagird isə yaralanıb.

Şagirdlərin pambıq yığımına aparılan zaman qəzanın baş verməsi haqda yayılan xəbələrə gəldikdə, Təhsil Şöbəsi bunu təkzib edib: “Şagirdlərin pambıq sahəsinə aparılması haqda deyilənlər doğru deyil”.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Qəzada yaralananların çoxu məktəblidir -
Qəzada yaralananların çoxu məktəblidir -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler