» » Saakaşvili Gürcüstana köçmək qərarından vaz keçdi

Saakaşvili Gürcüstana köçmək qərarından vaz keçdi

Bölmə: Xəbər
Saakaşvili Gürcüstana köçmək qərarından vaz keçdi

Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili vətənə qayıtmağı planlaşdırmır.

Lenta.ru xəbər verir ki, o, "112 Ukrayna" telekanalına açıqlamasında deyib ki, Ukraynada işini davam etdirmək niyyətindədir.

"Mən bura elə-belə gəlməmişəm, mən qastrolçu deyiləm. Ona görə də hesab edirəm ki, burada döyüş meydanını tərk etməməliyəm. Lakin birmənalı olaraq seçkilərdən sonra mən öz hesabıma məzuniyyət götürərək Gürcüstana gedəcəyəm və öz ölkəmə köməklik edəcəyəm", - deyə M.Saakaşvili qeyd edib.

O vurğulayıb ki, Gürcüstana meneəsiz gedə bilər: "Orada polis, silahlı qüvvəllər bizim tərəfimizdə, yəni dövlətçilik və qanunçuluğun tərəfində olması şərti ilə mənə heç kim heç nə edə bilməz".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler