» » Sabah Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır

Sabah Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır

Bölmə: Xəbər
Sabah Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır

Sabah Azərbaycan Milli Məclisinin payız sessiyası başlayır.

MM-dən verilən məlumata görə, sessiyanın ilk plenar iclasının gündəliyinə 31 məsələ daxil edilib. Bu sıraya Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planı, hökumətlərarası bir neçə sazişin təsdiqlənməsi, "Meliorasiya və İrriqasiya haqqında", "Dövlət rüsumu haqqında", "Poçt haqqında", "Reklam haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Aviasiya haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, Vergi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual və Cinayət Prosessual Məcəlləsinə əlavə dəyişiklik layihələri daxildir.

Parlamentin komitələrinin iclasları isə sentyabrın əvvəlindən başlayıb.

Qeyd edək ki, Milli Məclisin payız sessiyası dekabrın 30-dək davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler