» » AZAL-dan “Samsung Galaxy Note 7” istifadə edənlərə

AZAL-dan “Samsung Galaxy Note 7” istifadə edənlərə XƏBƏRDARLIQ

Bölmə: Xəbər, Sosial, GÜNDƏM
AZAL-dan “Samsung Galaxy Note 7” istifadə edənlərə
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) tövsiyələrinə əsasən "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərdən uçuş zamanı "Samsung Galaxy Note 7" smartfonlarını istifadə etməməyi və enerji şəbəkəsinə qoşmamağı xahiş edir.

Xalqİnfo.az bildirir ki. bu barədə Modern.az-a AZAL-ın mətbuat xidmətindən məlumat verilibş

Məlumata görə, bu model smartfonun həmçinin qeydiyyatdan keçirilən baqajda daşınması da qadağandır.
Məhdudiyyətlər "Samsung Galaxy Note 7" smartfonlarının alışması halları ilə əlaqədar olaraq geri çağırılması barədə "Samsung" şirkətinin bu yaxınlarda verdiyi məlumatlar ilə bağlıdır.

"Samsung Galaxy Note 7" smartfonları ilə səyahət edən sərnişinlər təyyarənin göyərtəsində smartfonun zədələnməsi, qızması və ya itməsi halında hava gəmisinin heyətinə dərhal məlumat verməlidirlər.


Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler