» » Effektiv yatmaq üçün üsullar

Effektiv yatmaq üçün üsullar

Bölmə: Xəbər, Sosial, MARAQLI, GÜNDƏM
Effektiv yatmaq üçün üsullar

Bəzi uğurlu iş adamları nəinki çox işləyir, onlar eyni zamanda az da yatırlar, çünki yuxu kimi əvəzsiz və faydalı bir məşğuliyyətə bəzən kifayət qədər vaxt qalmır. Amma razılaşaq ki bir tək kofein və bir neçə saatlıq yuxu heç də kifayət etmir.
Bu məqaləmizdə qısa zaman ərzində yatıb yuxunuzu ala bilməyiniz üçün effektiv və sadə üsuları sizinlə paylaşmaq istərdik.

1. Öz bioloji saatınıza köklənin. Bir rejim təyin edin və ona riayət edin. Hər səhər siz əla əhval-ruhiyyə ilə
oyanacaqsınız.

2. Yuxudan öncə sakitlik tələb olunur. Son həddə qədər çalışmayın. Sizin bədəninizə uyğunlaşıb rahatlaşmaq üçün vaxt
lazımdır. Hər axşam yatmazdan öncə kitab oxumağı və ya televizora baxmağı yoxlayın.

3. Yataq otağından bütün rəqəmsal cihazları yığışdırın. Yataq otağı yatmaq üçün nəzərdə tutulub, telefon və ya planşet
isə sizi yayındıracaq.

4. Yataq otağında sərin olmalıdır. Optimal temperatur adət etdiyiniz 21 deyil 15-18 dərəcə olmalıdır.

5. Öz problemlərinizi və ya görüləcək işləri qeyd edin və ya gündəlik tutun. Çox zaman növbəti gün həyata keçiriləcək
işlər barədə çox düşündüyümüzdən yuxuya gedə bilmirik. Hər bir şeyi kağıza köçürün və yuxuya gedin.

6. Sadə səsə və ya təbiətin səsinə qulaq asın. Hətta yuxuda belə sizin beyniniz səslərə qulaq asır. Sadə səs və ya təbiət
səsləri isə yayındırıcı faktorların qarşısını alır.

7. Səhərədək kofein barədə düşünməyin. Onun sizin orqanizminizə təsiri 14 saata qədər davam edə bilər.

8. Bir daha qeyd etmək istərdik ki, yataq otağı yemək və ya işləmək üçün deyil, yatmaq üçündür. Sizin beyniniz bu
otağı istirahət ilə əlaqələndirməlidir.

9. Sizə gündəlik neçə saatlıq yuxu lazım olduğunu təyin edin. Bəziləri əmin edirlər ki, onlara sutka ərzində dörd və ya
beş saatlıq yuxu kifayət edir. lakin bütün bunlar individual xarakter daşıyır. Bir dəfə zəngli saatı söndürün və nə
zaman oyanacağınıza fikir verin – məhz bu sizin orqanizminizə lazım olan yuxu vaxtı olacaq.
(mənbə)


Şəfa Tapdıqova
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler