» » MTN generalları torpaq vergisini də bələdiyyələrin özünə ödədib

MTN generalları torpaq vergisini də bələdiyyələrin özünə ödədib

Bölmə: Xəbər, Sosial, BLOK XƏBƏR, GÜNDƏM
MTN generalları torpaq vergisini də bələdiyyələrin özünə ödədib

Hər hektara 1500 manat!

Xalqİnfo.az məlumat verir ki, Sabiq MTN generalları və onların qanunsuz əməlləri ilə bağlı 24saat.org-a maraqlı informasiyalar daxil olmaqda davam edir.
Özəl mənbədən daxil olan daha bir məlumata görə, Eldar Mahmudov dönəmində istər Bakıətrafı, istərsə də rayonlarda hektarlarla torpaq sahəsi əldə edən MTN generalları bu müddət əzində bir dəfə də olsun torpaq vergisi ödəməyib. Daha doğrusu, MTN generallarının mülkiyyətində olan torpaqlara görə bələdiyyələrə ödənilməsi gərəkən vergi elə bələdiyyələrin özünə ödədilib.

Belə ki, MTN generallarına hektarlarla torpaq peşkəş edən bələdiyyə sədrləri sonrakı dövrlərdə bu torpaqların hər hektarına görə 1500 manat məbləğində torpaq vergisi ödəməli olub. Bu azmış kimi, bəzi bələdiyyə sədrləri MTN generallarına məxsus torpaqlara gedən yollara öz vəsaitləri hesabına asfalt döşətdirib, həmin torpaq sahələrinə su çəkdirib, müxtəlif abadlıq işləri aparıblar.

Bələdiyyə sədrləri arasında MTN generallarına məxsus torpaqların vergisini tamamilə ödəməyən, bunu borc kimi sənədləşdirən bələdiyyə sədrləri də mövcuddur. Buna səbəb həmin bələdiyyələrin ərazisindəki “MTN torpaqları”nın 50-100 hektar və ya daha artıq olması olub. Bu qədər ərazinin torpaq vergisini verməyin müşkül məsələ olduğunu görən bəzi bələdiyyə sədrləri verilməsi gərəkən vəsaiti tələb etməsələr də, ödəməyiblər də. Və bunu borc kimi sənədləşdiriblər.

İllərdir yığılan və kifayət qədər böyük məbləğ edən bu pulların ödənilib-ödənilməyəcəyi isə hələ də naməlum olaraq qalmaqdadır.


Xalqİnfo.az
Şəfa Tapdıqova.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler