» » Rövşən Canıyevi gözündən vurublar

Rövşən Canıyevi gözündən vurublar

Bölmə: Xəbər
Rövşən Canıyevi gözündən vurublar

Musavat.com xəbər verir ki, Azərbaycanın İstanbuldakı konsulluğu Rövşən Canıyevin öldüyünü təsdiqləyib.

Konsulluqdan bildirilib ki, bir neçə dəqiqə öncə R.Lənkəranskinin yerləşdirilidiyi xəstəxanadan zəng gəlib. Bildilib ki, ağır yaralı olan Rövşən Əliyev həyatını itirib. Cənazə xəstəxanadan konslulluğa göndərilib, hazırda orada sənədləşdirmə işləri aparılır.

Prosedurlara görə, xarici ölkədə vəfat edən şəxsin meyiti onun ölkəsinin konsulluğuna təhvil verilir, sonra da müvafiq sənədləşdirmə işləri aparılaraq cənazə mərhumun yaxınlarına təhvil verilir. Bundan sonra ölənin nəşi hava limanına aparılır, orada gömrükdən və sərhəd xidmətindən keçməklə ölkəsinə yola salınır.

Deyilənə görə, yaxın saatlarda R.Lənkəranskinin tabutu təyyarə ilə Azərbaycana gətiriləcək, oradan da doğulduğu Lənkəran şəhərinə aparılacaq.

* * *15:22

Türkiyənin “Sözçü” qəzeti İstanbul polisindəki mənbələrə istinadən məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin İstanbulda məruz qaldığı silahlı basqın nəticəsində öldüyünü yazır.

Virtualaz.org xəbər verir ki, qəzet hadisənin bəzi yeni təfərrüatlarını əldə edib. Məlum olub ki, killerlərin gülləbaran etdiyi “Range Rover”də Rövşən Canıyevlə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. Lakin “Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu ilə təchiz edilmiş 1 ədəd “Uzi” tapança-pulemyot, 1 ədəd “Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb. Bu silahların “Range Rover”dəki şəxslərə aid olduğu bildirilir.

* * *14:57

Ötən gecə İstanbulda güllələnən məşhur kriminal avtoritet “Rövşən Lənkəranski”nin hazırda yaşayıb-yaşamadığına dair ziddiyətli məlumatlar gəlir.

Virtualaz.org xəbər verir ki, “Rövşən Lənkəranski”nin yerləşdirildii Şişli Etfal xəstəxanasının qəbul şöbəsindən “İnterfaks”a onun hələ ölmədiyini, ağır yaralı halda xəstəxananın reanimasiya şöbəsində olduğunu deyiblər. “Rosbalt” isə öz mənbələrinə istinadən “Rövşən Lənkəranski”nin öldüyünü bildirir.

Xatırladaq ki, kriminal avtoritetin qohumları, o cümlədən deputat Fəzail Ağalamı onun aldığı yaralardan öldüyünü demişdilər. Bildirilirdi ki, cənazənin dəfn olunmaq üçün Azərbaycana gətirilməsi üçün hazırlıqlar gedir.

* * *13:34

Ötən gecə İstanbulda güllələnən “Rövşən Lənkəranski” ləqəbli məşhur kriminal avtoritet Rövşən Canıyevin cənazəsinin özəl təyyarə ilə Azərbaycana gətirilməsi üçün hazırlıqlar getdiyi bildirilir.

Hərçənd ki, bəzi saytlar “Rövşən Lənkəranski”nin hələ ölmədiyini, xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə olduğunu iddia edir. Qohumları isə onun artıq keçindiyini, cənazəsinin vətənə gətirilərək Lənkəranda dəfn olunacağını bildiriblər.

Azərbaycan Daxil İşlər Nazirliyi isə “Rövşən Lənkəranski”nin Türkiyədə öldürülməsini şərh etmir. DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla belə Ehsan Zahidov onda Rövşən Canıyevin öldürülməsinə dair rəsmi məlumatın olmadığını deyib.



DİN rəsmisi Azərbaycanda heç bir “vor zakon”un olmadığını da əlavə edib: “Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir “vor zakon” tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevin öldürülməsinə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar”.

Rövşən Canıyevin dəfnində “vor zakon”ların mümkün iştirakına gəldiksə isə Ehsan Zahidov bu variantı istisna edib. Bildirib ki, bütün qanunazidd hərəkətlərin qarşısı alınacaq. “Azərbaycanın sərhədləri etibarlı şəkildə qorunur və ölkəyə gələn şəxslərin kimlikləri, onların məqsədləri dəqiqləşdirilir”-DİN rəsmisi bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler