» » Sevinc Budaqova: “Qüdrətli orduya mailk Azərbaycanın taleyi etibarlı əllərdədir”

Sevinc Budaqova: “Qüdrətli orduya mailk Azərbaycanın taleyi etibarlı əllərdədir”

Bölmə: Xəbər
Sevinc Budaqova: “Qüdrətli orduya mailk Azərbaycanın taleyi etibarlı əllərdədir”

1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə çox böyük işlər görmüşdür. Bu işlərdən biri də ordu quruculuğu sahəsində görülən tədbirlərdir.

Şərqin müsəlman və türk dünyasında 1918-ci ilin 28 mayında ilk dəfə yaradılan Azərbaycan Xalq Cumhuriyyətinin xalqımızın tarixində müstəsna yeri vardır. Azərbaycan Xalq Cumhuriyyəti xalqımıza XX əsrdə sivil demokratiyanın, hərbi dövlətçiliyin ənənələrini qoyub getmişlər.

1918-ci ilin iyununda əsası qoyulan milli ordu quruculuğu Azərbaycan Xalq Cümhuriyyətinin dövlət olaraq müəyyən dövr ərzində varlığının qorunmasında mühüm rol oynadı. Vaxtilə çar Rusiyasının ordusunda xidmət edən, ancaq Azərbaycan sevgisini ürəyində, ağlında daşıyan hərbçilərimiz milli dövlətimiz qurulan kimi Vətənə qayıdaraq Azərbaycanın hərbi imkanlarının yaranmasında və güclənməsində xüsusi rol oynadılar.

Milli ordunun yaradılmasında qardaş Türkiyənin müstəsna köməyi olmuşdu. Türkiyə ilə imzalanmış müqaviləyə görə Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlmiş İslam ordusu milli hərbi kadrların yetişdirilməsinə yaxından kömək etmişdi. 1918- ci il dekabr ayının 25-də general S.Mehmandarov hərbi nazir, General-leytenant Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleymanbəy Sulkeviç baş qərargah rəisi təyin edildilər. Ciddi çətinliklər hesabına 1919-cu ilin ortalarında milli ordu dirçəldi, Zəngəzura soxulmuş erməni quldur dəstələrinə, bolşevik tör-töküntülərinin Muğanda yaratdıqları qondarma sovet respublikasının qüvvələrinə qarşı uğurlu döyüşlər apardı. 1919-cu ilin avqustun 12-də Lənkəran şəhəri azad edildi və Muğan Sovet Respublikası ləğv olundu.
Azərbaycan ordusu 1920—ci ilin mart ayında Qarabağda erməni qiyamının yatırılmasında, Qazax qəzasına soxulmuş Ermənistan qoşunlarının hücumunun dəf edilməsində də öz gücünü göstərdi. Əsgəran döyüşündə və Qazaxdakı hərbi əməliyyatlarda daşnak dəstələri tamamilə darmadağın edildilər.
Azərbaycanın dəniz sərhədlərinin qorunması üçün hərbi donanmanın yaradılması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı. Milli ordunun və hərbi donanmanın formalaşması prosesi 1920-ci ilin əvvəlləri üçün əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordu yaradıldı. Onun 30 mini piyada, 10 mini isə süvari qoşun idi.
1991-ci il oktyabrın 9-da Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi.
Azərbaycan respublikasının prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən isə 26 iyun Silahlı qüvvələr günü elan edilmiş və artıq hər il iyun ayının 26-da Azərbaycan xalqı tariximizin ən şərəfli günlərindən birini bayram edir.
Güclü, sarsılmaz orduya malik olmaq hər bir millət üçün qürur mənbəyi hesab olunmalıdır. Hazırda qüdrətli orduya mailk Azərbaycanın taleyi etibarlı əllərdədir. Ümummilli lider, dahi öndər Heydər Əliyevin layiqli davamçısı olan prezidentimiz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan bölgənin çox nüfuzlu, qüdrətli ölkəsinə çevrilməkdədir.

Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezident İlham Əliyevin öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Prezidentimizin uğurlu, qətiyyətli addımları bizi əmin edir ki, lazım gəlsə, düşmən tapdağı altında olan torpaqlarımızı qaytarmağa hərbi gücümüz yetər!!!!!!!
Silahlı Qüvvələr Günümüz mübarək əziz həmvətənlər!!!

sevincsevin-zamin

Dərin hörmət və ehtiramla,

Nəsimi rayonu 46 saylı tam orta məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Sevinc Budaqova

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler