» » İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Bölmə: Xəbər, MANŞET
İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edibPrezident İlham Əliyev İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin etimadnaməsini qəbul edib.

Səfir Hüsnan Bəy Fanani fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Hüsnan Bəy Fanani etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə İndoneziya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı, ölkəmizə verdiyi dəstəyə görə İndoneziyaya təşəkkürünü bildirdi. Tərəfdaşlıq əlaqələrimizə toxunan Prezident İlham Əliyev Azərbaycanın İndoneziya ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu dedi. Ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Xalqinfo.az President.az-a istinadən xəbər verir ki, hər iki ölkədə uzun illərdir səfirliklərin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev səfir Hüsnan Bəy Fananiyə fəaliyyətində uğurlar arzuladı.

Səfir Hüsnan Bəy Fanani İndoneziya Respublikasının Prezidenti Coko Vidodonun salamlarını dövlət başçısına çatdırdı. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu dedi. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı.

Hüsnan Bəy Fanani 2017-ci ildə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının əhəmiyyətini qeyd etdi.

Dövlət başçısı İlham Əliyev Prezident Coko Vidodonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziya dövlətinin başçısına çatdırmağı xahiş etdi.




Jalə Hüseynova



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler